Estetik Rahidəni belə dəyişdirib... - Fotolar

estetik-rahideni-bele-deyisdirib
Oxunma sayı: 5581

Müğənni Rahidə Baxışova bu dəfə arxiv fotosuyla gündəmə gəlib.  “Qafqazinfo” xəbər verir ki, 39 yaşlı ifaçının 20 il əvvəlki görüntüsünü instaqramda aparıcı Lamiyə Ələkbərova izləyiciləri ilə bölüşüb.

O, paylaşıma “20 il öncə çəkdirdiyimiz foto…” şərhini yazıb. 

Daha sonra Rahidənin fotosu müzakirə mövzusuna çevirilib. İddia olunub ki, sənətçi bu müddət ərzində estetik prosedurlara müraciət edib, burnunu kəsdirib. 

Qeyd edək ki, Rahidə bir müddət əvvəl burnunu kəsdirdiyini etiraf etmişdi.