Estoniya müharibəyə hazırlaşır - Müdafiə Nazirliyi açıqladı

estoniya-muharibeye-hazirlasir
Oxunma sayı: 3421

“Estoniyada müdafiə xərclərinin mahiyyətinə nəzər salsaq, ölkənin müharibəyə hazırlaşdığını deyə bilərik”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Hərbi İnvestisiya Mərkəzinin müdafiə xərcləri şöbəsinin rəhbəri Kusti Salm deyib: 

“Hazırkı  müdafiə yatırımları və müdafiə orqanlarının yenidən təşkilatlanması onu göstərir ki, biz faktiki olaraq müharibəyə hazırlaşırıq. Bu gün aldığımız silahlar, keçirdiyimiz təlimlər – müharibəyə hazırlıqdır”.

Salmın fikrincə, hərbiyə ayrılan hər xərci daha çox döyüş sursatı, silah və rabitə vasitələri almağa sərf etmək lazımdır. Dövlət rəsmisi Estoniyanın məhz hansı respublikaya qarşı müharibəyə başlayacağını isə söyləməyib.