Yoxdur o kişinin tayı bərabəri

yoxdur-o-kisinin-tayi-beraberi
Oxunma sayı: 1127


Mən ilk dəfə ucalıq, əsil dağ vüqarı, dağ əzəməti ilə ətəyində durub quş qonmaz yalçın dağ zirvəsini görəndə qarşılaşmışam. Min bir çətinliklə zirvəyə qalxıb dayananda zirvədən uçsuz-bucaqsız gözəlliklə zəngin, yaxın-uzaqlara baxdıqca zirvədən başlayan bir dünyayla qarşılaşmışam. Məni zirvədə gümrahlıq, məğrurluq hissiləri bürüyüb Bu dünyada olan gözəl işlər, əməllər haqda fikirləşmişəm. Mənə elə gəlir ki, bunun əksini zirvədə heç kəs fikirləşməz. Ətəyində görünən əzəməti zirvədə durana pay verir dağlar. Xudpəsənlik, riyakarlıq, bayağılıq, açgözlülük zirvədə unudulan hissilərdir.

Zirvədən oyana başlayan qasırğalı, fırtınalı bu narahat dünya,Tanrı ərazisi və tanrıya yaxınlıqdır. Bu ərazinin fəxri vətəndaşlarından biridə dahi müğənnimiz Bülbüldür.

Nədənsə dağ, zirvə haqqında bu söz-söhbətim mənə doğma doğma Azərbaycan mahnı və muğamlarımızı xatırladır. Nə qədər ki, bu musiqidən az baş açırsan”görünən” onun əzəməti, böyüklüyü olur. Elə ki, yaxından ona bələd olursan, qəlbən qovuşursan, musiqi hər bir adam üçün daxili tələbata, mənəvi azadlığa çevrilir. O hər bir ürəkdə məskən salmır. Çox vasvasıdır, qəlbdə hər cür lovğalığı və naqisliyi qovub yerində rahatlanmağı sevir. Elə məndə zirvədən o yana başlayan,Tanrı ərazisi olan Azərbaycan musiqisindən onu yaradan, dünya xalqlarına sevdirənlərdən biri haqda söhbət açmaq istəyirəm. Bu dahi müğənni Bülbülü yada salarkən boya-başa çatdığı Qarabağ torpağını, onun təbiətini mühüm amil kimi xatırlamamaq düzgün olmazdı. Bülbülün səs dünyasını dərk edəndən bəri bu səsin ziyası mənim həyat yolumu məni qəlbən ziyalı etmişdir.Sanki bu səs məni vaxtilə Koroğlunun dal-dalanacaq tapdığı Çənlibel qalasına aparırdı.Milli vüqarımız Koroğlunun Çənlibel qalasında əsir saxlamaq adəti olmasa da Koroğlu Bülbül məni ömürlük könüllü əsir etmişdir. Fikirləşəndə ki, qaçmağa, can qurtarmağa yol olmayan bu əsirlikdə ömrü başa vuracağam, qəlbən fərəhlənirəm. O, ecaskar səsin az bir hissəsini laqeyidmiz ucbatından, kinolentlərdə deyil aidolentlərdə bizə yadigar qalmışdır. O səsin özünün açılmamış neçə imkanlarını,çalarını Bülbül özü ilə birgə qəbirə aparmışdır. Sonrakı yazılmış və yazılacaq neçə-neçə mahnı və romansa yaşasaydı müğənni özünün “yüksək keyfiyyət nişanı”nı vura bilərdi. O boğaz, o nəfəs və onun yaratdığı emosiya aləmi ancaq böyük Bülbülə məxsus olmuşdur. O səsi, ya da bənzərini gözləmək ya da umudunda olmaq xam xəyaldır. Əvəzi olmayan bu böyük bitkinin əldən getmiş milli sərvətin boş qalan yerini, çəkisini xalqa anlatmaq hər bir Bülbülsevənin müqəddəs işidir. Bülbül, Üzeyir yaradıcılığı Azərbaycan musiqisinin intibah dövrünün məhsuludur. Bütün bunları əldə etmək xalqın gücü xaricindədir. Bir boğazda cəmlənmiş bu qədər var- dövlətin, sərvətin, Bülbüldən çıxaraq azəriləşməsi üçün Bülbül xeyli vaxt və böyük əmək sərf etmişdir.

Hər şeyi “Belkanto” oxu tərzi naminə itirə bilmək riskinə məruz qalmışdır. İndiyə kimi neçə-neçə müğənni dinləmişəm.Yoxdur o kişinin tayı bərabəri. Ancaq heç kimdə ondakı qədər zənginlik, aydınlıq, bolluq, təmtəraq görməmişəm. “Sənsiz”i “Sevgili canan”ı “Oxuma gözəl”i “Girdim yarın bağçasına”nı habelə AZərbaycan bəstəkarlarının bir çox operalarından ariyaları və mahnılarını dinləyərkən ancaq və ancaq sənətin yarada biləcəyi gözəllik aləminə düşürük. Şəxsən mən Bülbülü eşidərkən keçirdiyim hiss və həyəcanlarımın rəngarəngliyini görüb özümü tanıya bilmirəm. Bülbül sənəti özümü mənə belə tanıdır. Sevənlərin məhəbbət istirablarını, insan acılarını,ələmini musiqi qədər dolğun həcmini verən incəsənətin başqa janrını tanımıram. Maqintafonun düyməsini basıram. Müğənninin ifasında Ədilə Hüseyinzadənin “Vəsfin həvəsi” gurlayır. Bülbül boğazından süzülən kədər qəlbimdə çiçək açır çiçəklənir. Nə vaxtsa nəyə görəsə bu torpaqdan ayrı düşsəm bir ovuc torpağına həsrət qalsam qəlbimi bu torpağsız bu torpağı çiçəksiz təsvir edə bilmirəm.

Həsən gəl, ay həsən gəl,
Səbrim evin kəsən gəl.
Könlüm səni arzular,
Ya mən gəlim,ya sən gəl.

Sən gəlmə ustad, biz gələsiyik, Qoy nəğmələrinlə TANRI ərazisinə ucalaq.
Allah sənə rəhmət eləsin ustad!