“Etiraf edim ki, bir-birimizi çox yaxşı tanıyırıq”

etiraf-edim-ki-bir-birimizi-cox-yaxsi-taniyiriq
Oxunma sayı: 645

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017 turnirində II turun oyunları keçirilir.

"Qafqazinfo" xəbər verir ki, "Synergy Group"un təşkil etdiyi beynəlxalq turnirin ikinci günündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb. Partiyadan sonra şahmatçımız fikirlərini bildirib.

Yarışa qələbəylə başlayan Şəhriyar Məmmədyarov Sergey Karyakinlə heç-heçəni belə əsaslandırıb: "Karyakin çox güclü şahmatçıdır. Sözün əsl mənasında favoritlərdən biridir. Statistikaya nəzər salsaq məhsuldar oyunlarımız heç-heçədən çox olub. Sadəcə bu gün alınmadı. Debütdən üstünlük qazanmağa imkan verilmədi. Daimi şah vermək heç-heçəyə gətirdi. Etiraf edim ki, bir-birimizi çox yaxşı tanıyırıq. Ona görə rəqibi məğlub etmək çox çətindir".

Turnirin mətbuat xidməti xəbər verir ki, Şəhriyar Məmmədyarov hazırda bütün fikrinin karyerasında olduğunu söyləyib. Təmsilçimiz dünya çempionluğu uğrunda mübarizə aparmaq istəyir: "Dünya çempionluğu uğrunda yarışmaq istəyirəm. Fikrim bütövlüklə karyerama yönəlib. İddiaçılar turnirində iştirak edərək uğur qazanmaq arzusundayam. Bəlkə gələcəkdə başqa sahədə çalışmaq barədə düşündüm. Amma həmişə şahmatda qalmaq istəyirəm. Fərq etmir şahmatçı və ya məşqçi kimi".

Məmmədyarov sabah İspaniya La Liqasında baş tutacaq "Real"-"Barselona" görüşünə baxacağını da deyib. Şahmatçı "Barselona"ya azarkeşlik edəcək.