“Etiraz aksiyalarının səbəbini anlamıram”

etiraz-aksiyalarinin-sebebini-anlamiram
Oxunma sayı: 1659

Ermənistanın yeni baş naziri Serj Sarkisyan ilk dəfə onun bu posta seçilməsinə yönələn etiraz aksiyalarına münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, Sarkisyan qeyd edib ki, onun baş nazir postuna namizədliyinin irəli sürülməsi ilə bağlı yaranmış narazılığı anlamır:

“Narazılığın səbəbini anlamıram. Niyə Respublikaçılar partiyası mənim baş nazir postuna namizədliyimi irəli sürə bilməz? Məgər burada qanun pozuntusu var? Kimlər ki, belə hesab edirlər, seçki zamanı çox səs toplaya və baş nazir postuna istədikləri şəxsin namizədliyini irəli sürə bilərdilər”. 

Qeyd edək ki, Ermənistanda hüquq-mühafizə orqanları bu gün daha 37 nümayişçini saxlayıblar.