Etiraz aksiyasında ölənlərin sayı 63-ə çatıb

etiraz-aksiyasinda-olenlerin-sayi-63-e-catib
Oxunma sayı: 1855

Nikaraquada etiraz aksiyasında ölənlərin sayı 63 nəfər çatıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Nikaraquada insan hüquqları üzrə daimi komissiyanın nümayəndəsi Markos Karmona bildirib. Onun sözlərinə görə, daha 15 nəfər itkin düşmüş sayılır.

Daha əvvəl 34 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, Nikaraquada aprelin 18-i hakimiyyətin təklif etdiyi islahatlar fonunda etiraz aksiyaları başlayıb. Ölkə prezidenti Daniel Ortqda bu təklifi artıq ləğv edib.