Etirazçı işçilər Yelizey sarayının qazını kəsdilər

etirazci-isciler-yelizey-sarayinin-qazini-kesdiler
Oxunma sayı: 935

Fransa prezidenti Emmanuel Makronun Milli Elektrik və Qaz İdarəsinin bölünərək özəlləşdirilməsinə qarşı etirazlar davam edir.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, idarənin işçiləri qərara etiraz olaraq prezidentin oturduğu Yelizey sarayının qazını 3 saatlıq kəsiblər.

Daha sonra Yelizey sarayından qərarla bağlı təkzib verilsə də, bu, işçiləri qane etməyib. Onlar yazılı şəkildə ictimaiyyətə açıqlama və təminat verilməsini tələb edirlər.