Etirazçılar prezidentin evini yandırıblar

etirazcilar-prezidentin-evini-yandiriblar
Oxunma sayı: 670

Venesuelanın Barinas ştatında etirazçılar ölkənin keçmiş prezidenti Uqo Çavesin evini yandırıblar.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə El Nacional məlumat yayıb.

İnsidentin Sabaneta şəhərində baş verdiyi vurğulanıb. Evin etirazlar zamanı 19 yaşlı gəncin milli qvardiya tərəfindən öldürülməsinə cavab olaraq yandırıldığı bildirilib.

Digər məlumata əsasən isə evin yandırılmadığı, talan edildiyi qeyd edilib.

Xatırladaq ki, mayın 6-da Suliya ştatının Vilya-del-Rosario şəhərində etirazçılar Çavesin abidəsini yandırıblar.