ETSN-də Milli Mətbuat Günü ilə bağlı tədbir - Fotolar

etsn-de-milli-metbuat-gunu-ile-bagli-tedbir
Oxunma sayı: 2492

Bu gün Milli Mətbuat Günü ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) bir qrup jurnalistlə görüş keçirilib.

“Qafqazinfo”nun əməkdaşının da iştirak etdiyi görüşdə çıxış edən qurumun mətbuat katibi İradə İbrahimova jurnalistəri təbrik edərək il boyu baş tutan qarşılıqlı əməkdaşlıqdan danışıb. Daha sonra nazirliyin Aparat rəhbəri Vüqar Kərimov mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edərək onlara işlərində uğurlar arzulayıb.

İnteraktiv şəkildə davam edən görüşdə media nümayəndələri informasiya baxımından hər zaman sıx əlaqədə olduğu üçün nazirlik rəsmilərinə təşəkkürünü bildirib və gələcək fəaliyyət üçün təkliflərini səsləndirib. Tədbirin sonunda media nümayəndələrinə simvolik hədiyyələr verilib.