“Eurovision-2012” -də dəyişiklik

eurovision-2012-de-deyisiklik-
Oxunma sayı: 651

Səsvermə ancaq şou bitəndən sonra 10 dəqiqə ərzində həyata keçiriləcək. Bu il bütün şou ərzində həyata keçirilən səsvermə zamanı iştirakçılara gələn əsas səslər şounun sonunda gəldiyindən EBU belə bir dəyişiklik etmək qərarına gəlib.

EBU-nun qəbul etdiyi yeni qərarlar arasında müsabiqə yayımlandığı vaxt iştirakçıların sms nömrələrinin ekranda daha kiçik ölçüdə verilməsi də var. Buna kimi sms nömrələri ekranın 25 faizini tuturdu, lakin bundan sonra daha kiçik ölçüdə olacaq. EBU-nun fikrincə, bu yazıların böyüklüyü tamaşaçıların diqqətini mahnıdan yayındırır. Şou zamanı ekranda yazıların böyüklüyünün və görünüşünün necə olacağı isə yaxın gələcəkdə dəqiqləşdiriləcək.