“Eurovision-2012”-nin təmsilçiləri və mahnıları martın 20-dək bilinəcək

eurovision-2012-nin-temsilcileri-ve-mahnilari-martin-20-dek-bilinecek-
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, bunu eurovision.az saytına müsabiqənin təşkilati məsələlər üzrə rəhbəri (Event supervisor) Sietse Bekker (Sietse Bakker) deyib.
S.Bekkerin sözlərinə görə, bütün iştirakçı ölkələrin təmsilçiləri və onların ifa edəcəyi mahnılar qeyd olunan tarixədək müəyyənləşməlidir. Təşkilati məsələlər üzrə rəhbər onu da bildirib ki, martın ikinci yarısında Bakıda növbəti toplantı keçiriləcək və həmin görüşdə Avropa Yayımları Birliyi (EBU) Eurovision 2012-də iştirak edəcək ölkələrin təmsilçiləri və mahnılarını təsdiqləyəcək.