“Eurovision-2012” promo-video çarxları üçün növbəti kastinqlər keçiriləcək

eurovision-2012-promo-video-carxlari-ucun-novbeti-kastinqler-kecirilecek
Oxunma sayı: 652

İşçi Qrupundan APA-ya verilən məlumata görə, seçimlər fevralın 4-də saat 12:00-dan 20:00-dək Bakı Biznes Mərkəzində aparılacaq.

Xatırladaq ki, yanvarın 6-da keçirilən ilk kastinqlərdə 388 nəfər iştirak edib. Hazırda bu şəxslərin fotolarına baxılır. Yanvarın 6-da seçimlərə gələn şəxslər fevralın 4-də keçiriləcək kastinqlərə dəvət edilmir. Hər iki kastinqin cavabı isə fevral ayının 15-dək açıqlanacaq. Seçimlərdən keçən şəxslərlə əlaqə saxlanılacaq və onlar video çəkilişə dəvət olunacaqlar.

Kastinqin keçirilməsində məqsəd “Eurovision” Mahnı Müsabiqəsinin tanıtım video-çarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və bu müsabiqəsində hamının yaxından iştirakına imkan yaradılmasıdır.