“Eurovision-2012”yə Azərbaycandan növbəti tərəfdaş

eurovision-2012ye-azerbaycandan-novbeti-terefdas
Oxunma sayı: 639

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, müvafiq müqavilə bu həftə “Baltika-Bakı” MMC ilə Avropa Radio Yayım Birliyi (The European Broadcasting Union) arasında imzalanıb. Birlik tərəfindən Eurovision üçün hazırlanmış beynəlxalq kommersiya və marketinq proqramının bir hissəsi olan razılaşma üzrə danışıqlar T.E.A.M. Marketing AG (Lüsern, İsveçrə) tərəfindən aparılıb.

“Baltika-Bakı” şirkətinin baş direktoru Adam Tlexuray deyib ki, Eurovision unikal bir hadisədir, 2012-ci ildə Azərbaycan üçün isə həqiqətən də xüsusi bir hadisə olacaq: “Bu yaz biz bütün kollektivimizlə birgə azərbaycanlı artistlərin çıxışına azarkeşlik edirdik və indi bu musiqi və mahnı yarışında iştirak etməyə çox şadıq”.

Nigar Məmmədli