“Eurovision-2013”-ün yarımfinalçısı seçildi

eurovision-2013-un-yarimfinalcisi-secildi
Oxunma sayı: 680

“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, İctimai TV-nin canlı yayımında 8 nəfər öz gücünü sınayıb. Tamaşaçıların və münsiflərin səsverməsinin nəticələrinə əsasən, milli seçim turunun ikinci həftəsinin qalibi Rəvanə Əliyeva olub. O, tamaşaçıların səsverməsinə görə, 1662 səs toplayaraq ikinci olsa da, münsiflərin 12 səsi ilə birinci yerə çıxaraq yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, ümumilikdə 80 namizəd “Eurovision 2013” –də Azərbaycanı təmsil etmək uğurunda mübarizə aparacaq. Təmsilçimiz həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşəcək. 8 həftə davam edəcək ilk turdan 8 namizəd yarımfinala vəsiqə qazanacaq.