“Eurovision 2013”ün təmsilçiləri seçildi

eurovision-2013un-temsilcileri-secildi
Oxunma sayı: 639

“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, Gürcüstanı “Eurovision-2013” mahnı müsabiqəsində Sofo Gelovani və Nodar Tatişvili təmsil edəcəklər.

Münsiflər heyəti gələn ilin mayında İsveçdə keçiriləcək mahnı müsabiqəsində iştirak edəcək namizədlər üçün elan olunan müsabiqədə onlara üstünlük verib. Hər iki müğənni bir çox müsabiqənin qalibi olublar.
Qeyd edək ki, Gürcüstan “Eurovision” mahnı müsabiqəsində 6 dəfə iştirak edib.