“Eurovision-2014” finalına çıxan digər 10 ölkə- - Siyahı

eurovision-2014-finalina-cixan-diger-10-olke-
Oxunma sayı: 2147


“Qafqazinfo” AzVision.az-a istinadən xəbər verir ki, 15 ölkənin iştirakı ilə keçirilən yarımfinalda səhnəyə ilk olaraq Maltanı təmsil edən “Firelight qrupu” çıxıb. 

Sonra isə İsrailin müğənnisi Mei Feingold, Norveçdən Karl Espen, Gürcüstandan Mariko və The Shin, Polşadan Donatan və Kleo cütlüyü, Avstriyadan Konçita Vürst, Litva təmsilçisi Vilija Mataciunaite, finlandiyalı Softengine, İrlandiyadan Kasey Smit, belaruslu Teo (Yuri Yaşçuk), Makedoniyadan Tijana Dapkeviç, İsveçrədən Sebalter (Sebastiano Paulessi), Yunanıstandan Friki Fortun və Riskikido, Sloveniyanın Tinkara Kovaç, Rumıniyadan Paula Selinq və Ovi cütlüyü öz performanslarını göstəriblər. 

Çıxışlardan sonra 15 dəqiqə ərzində səsvermə keçirilib. 

Səsvermə nəticəsində finala qalan 10 ölkəninin siyahısını təqdim edirik: 

1. İsveçrə

2. Sloveniya 

3. Polşa 

4. Rumıniya 

5. Norveç 

6. Yunanıstan

7. Malta 

8. Belarus 

9. Finlandiya 

10. Avstriya