“Eurovision-2017”yə xərclənən pulun miqdarı açıqlandı

eurovision-2017ye-xerclenen-pulun-miqdari-aciqlandi
Oxunma sayı: 635

Kiyevdə keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin icraçı prodüseri Pavel Qritsak yarışmaya xərclənən pulun miqdarını açıqlayıb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Qritsak müsabiqəyə ümumilikdə 20,4 milyon avro xərcləndiyini və bu rəqəmin bütün digər ölkələrin xərclərindən az olduğunu bildirib.

“2012-ci ildə müsabiqəyə 58,9 milyon avro, 2014-cü ildə 49 milyon avro, 2015-ci ildə 38 milyon avro, 2016-cı ildə 23 milyon avro sərf olunub”, - deyə icraçı prodüser vurğulayıb.