“Eurovision-2018” keçiriləcəyi vaxt və şəhər dəqiqləşdi

eurovision-2018-kecirileceyi-vaxt-ve-seher-deqiqlesdi
Oxunma sayı: 647

“Eurovision-2018” beynəlxalq mahnı müsabiqəsinin tarixi və keçiriləcəyi şəhər bəlli olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliyanın Lissabon şəhəri müsabiqəyə ev sahibliyi edəcək.

Bundan əlavə müsabiqəsinin yarımfinalı 8 və 10 mayda, final isə 12 mayda baş tutacaq.

Qeyd edək ki, 2017-ci ilin mayın 13-də Kiyevdə keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.