“Eurovision 2019”un ən çox izlənən 5 klipi - Video

eurovision-2019un-en-cox-izlenen-5-klipi
Oxunma sayı: 1727

İsrailin Təl-Əviv şəhərində keçirilən “Eurovision 2019” mahnı müsabiqəsinin finalına vəsiqə qazanan ölkələrdən hansının qalib gələcəyi sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biridir.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə sosial şəbəkə istifadəçilərinin diqqətini çəkən məqamlardan biri ölkə təmsilçilərinin kliplərinin müsabiqənin rəsmi Yutub kanalındakı baxış sayları olub.

Belə ki, birinci yerə 10 milyon baxış sayı ilə Malta təmsilçisi Mikela Paçenin “Chameleon” klipi çıxıb.

İkinci yerdə Niderland (9,6 milyon),

üçüncü yerdə İtaliya (4,2 milyon),

dördüncü yerdə İsveçrə (4,1 milyon),

beşinci yerdə isə Rusiya (3,3 milyon) təmsilçisinin klipi qərarlaşıb.

Məlumat üçün bildirək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayevin “Truth” mahnısına çəkilən klipin baxış sayı 2,4 milyondur.

Qeyd edək ki, müsabiqənin qalibi bu axşam saat 23:00-da start götürəcək final mərhələsində bəlli olacaq.