“Eurovision-2019”un qalibi bəlli oldu - Video

“Eurovision-2019”un qalibi bəlli oldu
Oxunma sayı: 10486

İsrailin Təl-Əviv şəhərində keçirilən 64-cü “Eurovision” mahnı müsabiqəsinin final mərhələsi başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bir neçə saatdan sonra müsabiqənin qalibi bəlli olacaq.

Finalda çıxış edəcək 26 ölkə isə bunlardı: Malta, Albaniya, Çex Respublikası, Almaniya, Rusiya, Danimarka, San Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Niderland, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya, İspaniya.

Qeyd edək ki, Azərbaycanı müsabiqədə "Truth" mahnısı ilə Çingiz Mustafayev təmsil edir. 

** 

Möhtəşəm açılış şousu ilə müsabiqəyə start verildi. 

Şounun aparıcıları Bar Rafaeli, Erez Tal, Assi Azar və Lusi Ayoubaya tamaşaçıları salamladı, səsvermə qaydalarını izah etdi. 

**

26 ölkə təmsilçisi səhnə performansını nümayiş etdirdi. 

**

Səsvermə başladı. 

**

Səsvermə bitdi. 

**

Nəticələr açıqlanır. 

**

492 xalla Hollandiya təmsilçisi Dunkan Laurens “Eurovision-2019” mahnı müsabiqəsinin qalibi oldu. 

Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə 297 xalla 7-ci yerdə qərarlaşdı. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi