“Eurovision”a göndərdiyimiz Diana kimdir? - Fotolar

“Eurovision”a göndərdiyimiz Diana kimdir?
Oxunma sayı: 18514

Xəbər verdiyimiz kimi, bu gün “Eurovision-2017" Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.

Qafqazinfo” xəbər verir ki, iclasda münsiflər heyətinin qərarı ilə müsabiqədə Azərbaycanı Diana Hacıyeva təmsil edəcək.

Bəs “Dihaj” qrupunun solisti Diana Hacıyeva kimdir?

Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olub. Fortepiano dərsləri alıb və caz musiqisi ilə maraqlanıb. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirib. Bundan sonra Bakı Musiqi Akademiyasına daxil olur.

"Xor dirijorluğu" peşəsinə yiyələnir. Bu illər ərzində caz ilə professional şəkildə məşğul olmağa başlayıb. Hazırda Bakı Caz Mərkəzində və "Bəri bax" qrupunda çalışıb. Burada Elnur Hüseynov və digərləri ilə birlikdə çalışır.

2010-cu ildə Diana Hacıyeva “Eurovision”da Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılıb. Təsnifatı keçən Diana 77 iştirakçının yer aldığı yarımfinallarda çıxış etməyə başlayıb. 20-24 dekabr arasında çıxış edən Diana Hacıyeva sonda 7 xal toplayıb və qrupda 4-üncü yeri tutub.

Bu məqamda qeyd edək ki, sənətçinin solist olduğu "DiHaj" qrupu  Qafqazın ən yaxşı debüt mükafatını qazanıb. Qrup isə 2015-ci ilin iyun ayında yaranıb. Qrup gitaraçı Anar Abdullayev, solist Diana Hacıyeva və həyat yoldaşı Əli Nəsirovdan ibarətdir. 

Gənc müğənni 2009-cu ildə keçmiş "Radio & Video" rok-qrupunun gitaristi Əli Nəsirovla ailə həyatı qurub. Onların 2014-cü ilin noyabr ayında qız övladları dünyaya gəlib.

Sənətçi bu nikahdan öncə də ailə həyatı qurub və boşanıb. 















Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi