“Eurovision” mahnımızda dəyişiklik oldu

eurovision-mahnimizda-deyisiklik-oldu
Oxunma sayı: 1425

Belarusda keçiriləcək “Junior Eurovision” mahnı müsabiqəsində ölkəmizi təmsil esəcək Fidan Hüseynovanın mahnısı “I wanna be like you” yenilənib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnfe Azerbaijan” fan klubu məlumat yayıb.  Bildirilib ki, dəyişiklikdən sonra mahnının nəqarət hissəsində ingilis dili ilə yanaşı, Azərbaycan dilində də cümlələr olacaq. 

Bundan əlavə, mahnının daha da yadda qalması üçün musiqisinə bəzi əlavələr edilib. Növbəti bir həftə ərzində mahnının yeni versiyası ictimaiyyətə təqdim ediləcək.