“Eurovision” musiqisiz yayımlanarsa… - Qeyri-adi video

eurovision-musiqisiz-yayimlanarsa
Oxunma sayı: 1164

Belçikanın “Een” telekanalı “Eurovision-2019” mahnı müsabiqəsini musiqisiz halda göstərib.

“Qafqazinfo” xəbər verir ki, 1 dəqiqəlik videoçarx telekanalın Yutub kanalında yerləşdirilib. Qeyri-adi videoda müsabiqə iştirakçıları tam sakitlikdə çıxış edir. Bu səbəbdən onların ayaq səsləri, canlı ifaları, qədəhlərin cingiltisi və s. səslər açıq-aydın eşidilir.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev də sözügedən çarxda yer alıb. Onun şousunda istifadə olunan robotların mexanizminin səsi diqqət çəkib.

Qeyd edək ki, İsrailin Təl-Əviv şəhərində keçirilən 64-cü “Eurovision” mahnı müsabiqəsinin qalibi Hollandiya təmsilçisi Dunkan Laurens olub. O, 492 xalla bütün rəqiblərini üstələyib. Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə 297 xalla 7-ci yerdə qərarlaşıb.