“Eurovision” qalibinə ürək köçürüldü

eurovision-qalibine-urek-kocuruldu
Oxunma sayı: 1604

Bir müddətdir ürək çatışmazlığından əziyyət çəkən portuqaliyalı müğənni Salvador Sali üçün donor tapılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı ifaçıya vəfat edən 13 yaşlı ingilis qızın ürəyi köçürülüb.

Lissabonda “Santa Kruz” xəstəxanasında baş tutan əməliyyatın uğurlu keçdiyi açıqlanıb. Hazırda ifaçının vəziyyətinin yaxşıya doğru getdiyi bildirilir.

Qeyd edək ki, Sobra bu ilin mayında “Amar Pelos Dois” mahnısı ilə “Eurovision 2017”nin qalibi olmuşdu.