Müğənni-bəstəkar Murad Arif Təl-Əvivdə keçirilən “Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə şərhçisi olacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin özü instaqram səhifəsində məlumat verib.
O, ilk dəfə 2006-ci ildə müsabiqəni şərh etdiyini, 13 il sonra yenidən bu missiyanın ona verildiyini qeyd edib.
Bu məqamda bildirək ki, İTV 2006-cı ildə “Eurovision” yayımlarının lisenziyasını alıb və M. Ariflə Leyla Quliyeva müsabiqənin ilk carçıları olub. İki il sonra isə Azərbaycan beynəlxalq layihəyə iştirakçı göndərmək hüququ əldə edib.