"Eurovision" tanıtım videoçarxlarının çəkilişləri üçün növbəti kastinq keçiriləcək

eurovision-tanitim-videocarxlarinin-cekilisleri-ucun-novbeti-kastinq-kecirilecek
Oxunma sayı: 634

Kastinqlərin keçirilməsində məqsəd "Eurovision" müsabiqəsinin tanıtım videoçarxlarında çəkiləcək simaların sadə vətəndaşlar arasından seçilməsi və bu müsabiqədə hamının yaxından iştirakına imkan yaradılmasıdır.

Xatırladaq ki, ilk kastinqlər yanvarın 6-da keçirilib. Bu seçimlərdə 388 nəfər iştirak edib. Kastinqin meneceri Tahir Əliyev bildirib ki, yanvarın 6-dakı kastinqlərdə çoxsaylı şəxsin iştirakı böyük maraq doğurub. Kastinqlərə qatılmaq istəyən digər şəxslər fevralın 4-də keçirilən ikinci kastinqlərə gələ bilər.

Qeyd edək ki, yanvarın 6-sı və fevralın 4-də kastinqlərdən uğurlu nəticə əldə edən iştirakçılar ikinci mərhələyə dəvət olunacaq.