“Eurovision” təmsilçisi maşınında ölü tapıldı

“Eurovision” təmsilçisi maşınında ölü tapıldı
Oxunma sayı: 2540

“Eurovision- 2011” mahnı müsabiqəsində Makedoniyanı təmsil edən müğənni Vlatko İlievski dünyasını dəyişib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı sənətçi paytaxt Skopye şəhərində avtomobilində ölü tapılıb. 

Makedoniya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ifaçının cəsədi tibbi ekspertiziyaya göndərilib, ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Vlatko Almaniyada keçirilən “Eurovision” yarışmasında ölkəsini “Rusinka” mahnısı ilə təmsil etmişdi. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi