“Eurovision”da gürcülərin savaşı...

eurovisionda-gurculerin-savasi
Oxunma sayı: 1652

Gürcüstanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Oto Nemsadze Avropada yaşayan gürcülərə səslənib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi gürcülərdən Kipri layihədə təmsil edən həmyerlisi Tamta Goduadzeni dəstəkləməməyi xahiş edib:

“Tamtanı yox, məni dəstəkləyin. Gürcülərin yeganə təmsilçisinin Tamta olduğunu düşünərək səhv edirlər. Gürcüstanın təmsilçisi mənəm”. 

Qeyd edək ki, Tamta Gürcüstandan köçərək əvvəlcə Yunanıstanda, daha sonra Kiprdə yaşamağa başlayıb. 

Bu məqamda bildirək ki, bukmeykerlərin proqnozuna görə, siyahıda Tamta 9-cu, Oto isə 40-cıdır.