“Eurovision”dan sonra ilk klip… - Video

eurovisiondan-sonra-ilk-klip
Oxunma sayı: 2030

Azərbaycanın builki “Eurovision” təmsilçisi Aysel Məmmədova (Aisel) yeni klipini təqdim edib.  “Qafqazinfo” xəbər verir ki, müğənni söz və musiqisi özünə məxsus olan “More Emotion” mahnısını ekranlaşdırmaq qərarına gəlib. 

O, bunun üçün Azər Jafara müraciət edib. Klip bu gün sənətçinin “Youtube” səhifəsində yayımlanıb. 

Qeyd edək ki, bu, Ayselin "Eurovision" mahnı müsabiqəsindən sonra təqdim etdiyi ilk klipdir.