“Eurovision”nun qalibinin vəziyyəti ağırdır - Donor axtarılır

“Eurovision”nun qalibinin vəziyyəti ağırdır
Oxunma sayı: 2033

“Eurovision: 2017” mahnı müsabiqəsinin qalibi Salvador Sobralın səhhəti pisləşib. 

“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı müğənni reanimasiyaya yerləşdirilib və onun ürəyinə xüsusi aparat qoşulub. 

27 yaşlı sənətçiyə ürək transplantasiyası üçün donor axtarılması barədə məlumat yayılıb. 

Bildirilir ki, Sobral ürək çatışmazlığından uzunmüddətdir ki, əziyyət çəkir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi