“Eurovision”u niyə boykot edirlər? - Fotolar

eurovisionu-niye-boykot-edirler
Oxunma sayı: 1656

64-cü “Eurovision” mahnı müsabiqəsi İsraildə boykot sədaları altında baş tutub. “Qafqazionfo” xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün yarımfinalın keçirildiyi vaxt Təl-Əviv Ekspo Mərkəzinin qarşısına yüzlərlə insan toplaşıb. 

Onlar Fələstini dəstəkləyən lövhələr qaldıraraq müxtəlif şüarlar səsləndiriblər. Qeyd ediblər ki, İsrail Fələstinəa insan hüquqlarını kobud şəkildə pozur. Aksiyaçılar dəfələrlə layihəyə gələn sənətçilərə və yarışma təşkilatçılarına boykotla bağlı müraciət etdiklərini bildiriblər. 

Hətta final gecəsi fəxri qonaq kimi səhnəyə çıxacaq dünya ulduzu Madonnaya belə açıq məktub göndərdiklərini, lakin sənətçinin “Musiqini siyasətə alət etməyəcəm” cavabını verdiyini bildiriblər.