Ev əşyaları ilə birgə yandı

ev-esyalari-ile-birge-yandi
Oxunma sayı: 649

Saatlıda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Soltanabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 56 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
 
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.