Ev telefonundan SMS göndər! - Yenilik

ev-telefonundan-sms-gonder-yenilik
Oxunma sayı: 682

“Aztelekom” İstehsalat Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, sabit telefon şəbəkəsi abonentləri “107” xidmətindən istifadə etməklə bütün mobil telefon şəbəkəsi abonentlərinə SMS-lərin göndərilməsi xidmətindən istifadə edə bilərlər.

Xidmətdən istifadə üçün abonent “107”-yə zəng edib SMS göndərmək arzusunu bildirir və SMS-in mətnini telefonla diktə edir. Bundan sonra abunəçi SMS-in çatacağı mobil telefonu söyləyir. Qəbul edilmiş SMS “107” xidməti tərəfindən lazımi ünvana çatdırılır. Bu tip SMS-lər istənilən mobil operatorun istifadəçisinə göndərilə bilər.

“Aztelekom”İB-dən verilən məlumata görə, bu il ərzində bu xidmətdən müxtəlif telekanallarda izlənilən şou proqramlara SMS göndərənlərin sayı da kifayət qədər artıb. Xidmətdən gələn gəlir 160 min manatdan çox olub.

Nigar Məmmədli