Ev yandı

ev-yandi
Oxunma sayı: 858


Yanğın rayonun Yeni Suvagil  kəndində, (136 YMB-dən 5  km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evdə baş verib. “Qafqazinfo” xəbər verir ki, nəticədə, evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 55 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.