Ev yandı- - sahibi yanaraq öldü

ev-yandi-
Oxunma sayı: 1501


Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 otaqlı və aynabənddən ibarət kürsülü evin 1 otağında 1 ədəd divan yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibi 1935-ci il təvəllüdlü Vəliyeva Şükufə Məhəmməd qızının cəsədi aşkar edilib. 

Yanğın saat 15:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

“Qafqazinfo” xəbər verir ki, Masallı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 85 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 21:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.