Evdən 10 min oğurlayan qardaşlar saxlanıldı

evden-10-min-ogurlayan-qardaslar-saxlanildi
Oxunma sayı: 1003

Bakıda birləşərək oğurluq edən iki qardaş saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, oktyabrın 21-də Nizami rayonu ərazisindəki evlərin birindən 10.500 manat oğurlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuşlar - Emil Məlikov və qardaşı Elnur saxlanılıb.