20 min manatdan çox pul və qızıl oğurlayan qadın saxlanılıb.
“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, bu il fevralın 5-dən avqustun 16-dək olan müddətdə paytaxtın Nəsimi rayonu ərazisindəki evlərin birindən 5000 manat və 15600 ABŞ dolları, habelə 3400 manat dəyərində qızıl üzük oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən, orada xadimə işləyən Lənkəran şəhər sakini Günel Piriyeva saxlanılıb.