Evdən 5 min manatlıq qızıl oğurlandı

evden-5-min-manatliq-qizil-ogurlandi
Oxunma sayı: 645

Gəncə şəhərində evlərdən birindən oğurluq edilib. 

“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhəri ərazisindəki evlərdən birindən 80 manat pul və 5000 manat dəyərində qızıl əşyalar oğurlanması barədə polisə məlumat daxil olub. 

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini Orxan Bayramov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.