Evdən 52 yaşlı kişinin meyiti tapıldı

evden-52-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 1406

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-ci il təvəllüdlü Əhmədov Elşən Zülfüqar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.