Evdən 7 minlik qızıl oğurladı

Evdən 7 minlik qızıl oğurladı
Oxunma sayı: 390

Şabranda evdən 7 min manatlıq qızıl əşyalar oğurlanıb.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhimli kəndindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakini Hüseyn Binəliyev saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 3-də 1 həyətyanı sahədən məişət əşyaları və ərzaq məhsulu oğurlaması da müəyyən edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi