Evdən 7900 manat oğurladılar

evden-7900-manat-ogurladilar
Oxunma sayı: 1057

Yanvarın 23-də Göygöl rayon Üçtəpə kənd sakini F.Məmmədovun yaşadığı evdən 7900 manat pul oğurlanıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq şöbəyə gətirilib.

Ətrafında aparılan araşdırmalarla onun həmin kənd sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş Elfaq İsayev olduğu müəyyən edilib. Dindirilmə zamanı E.İsayev evə qanunsuz daxil olmaqla oradan 7900 manat pulu götürdüyünü etiraf edərək, həmin pulları Bakıda xərclədiyini bildirib.

Faktla bağlı Göygöl RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Murad Əhməd