Evdən 82 yaşlı kişinin meyiti tapıldı

evden-82-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 741

Bakıda mənzildən kişi meyiti tapılıb. "Qafqazinfo" FHN_ə istinadən xəbər verir ki, Qaradağ rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Abbasov Səfəralı Şəkəralı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.