Evdən pul oğurlayan qadın tutuldu

Evdən pul oğurlayan qadın tutuldu
Oxunma sayı: 1182

Bakıda  qohumunun qonşusunun evindən 1600 dollar və 300 manat oğurlayan şəxs saxlanılıb.

"Qafqazinfo"nun DİN-ə istinadən verdiyi xəbərə görə, Bakı şəhər sakini Əliağa Kərimov yanvarın 27-də Polis Bölməsinə şikayət edərək bildirib ki, yaşadığı evdə içərisində 1600 ABŞ dolları və 300 manat olan pul kisəsi naməlum şəraitdə oğurlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən Nərimanov rayon sakini, əvvəllər məhkum olunmuş Fəridə Miriyeva saxlanılıb. Saxlanılan şəxsin üzərindən oğurladığı pulun bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. F.Miriyeva bildirib ki, oğurluğa daxil olduğu evin qonşuluğunda qohumu yaşayır. O, qohumunun evinə gəlib-gedən zaman oğurluq məqsədi ilə həmin mənzilə daxil olduğunu etiraf edib.
Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi