Evdən qaçıb internet kluba gediblər - İtkin düşən şagirdlər tapıldı

Evdən qaçıb internet kluba gediblər
Oxunma sayı: 1049

182 mömrəli tam orta məktəbdə iki şagirdin itkin düşməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub.

“Qafqazinfo”ya müraciət edən valideyn hazırda məktəbdə təhsil alan iki şagirdin itkin düşdüyünü və bu kimi halın son bir ayda 3-cü dəfə yaşandığını bildirib. 

Məsələylə bağlı sözügedən məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Ziynət Tağıyeva bildirib ki, hər hansı oğurluq və itkin düşmə halından söz gedə bilməz, sadəcə olaraq şagirdlər evdən qaçıb internet kluba gediblər:

“4-cü sinif şagirdləridir. Oyun oynamaq üçün internet kluba gediblər. Tapıb gətirmişik, hazırda dərsdədirlər. Şagirlərin tez-tez oğurlanması isə yalan söhbətdir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi