Evdən qızıl-zinət oğurlayan tutuldu - Kriminal xəbərlər

evden-qizil-zinet-ogurlayan-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 647

Səbail RPİ 9-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Amil Bağırlıdan 30 qramdan artıq narkotik vasitə olan heroin və 14 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Yanvarın 23-dən 26-dək olun müdətdə H.Seyidzadə küçəsində yaşayan Sabir Əliyevə məxsus “VAZ-2107” markalı avtomobildən açar seçmə yolu ilə maqnitafon və güzgü, yanvarın 26-na keçən gecə H.Əliyev küçəsində yaşayan Bakı şəhər sakini Seymur Pirişova məxsus “VAZ-2107” markalı avtomobildən açar seçmə yolu ilə maqnitafon, səsgücləndirici, güzgü və H.Seyidzadə küçəsində yaşayan Vaqif Musayevə məxsus “VAZ-2104” markalı avtomobilin ön işıqları oğurlanıb. Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Fariz İsmayılov və Ramin Cəbrayılov yanvarın 28-də yaxalanıblar.

Yanvarın 24-də Gəncə prospektində yaşayan Aynurə Kazımovanın mənzilindən seyfi sındırma yolu ilə 5000 manat və qızıl-zinət əşyaları oğurlanıb. Xətai RPİ 35-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sərxan Sadıqzadə yanvarın 28-də yaxalanıb.