Evə haubitsa mərmisi atıldı - Bir ailənin 13 üzvü öldü

eve-haubitsa-mermisi-atildi
Oxunma sayı: 654

Əfqanıstanın şimalında Taliban döyüşçüləri ilə təhlükəsizlik qüvvələri arasında çıxan qarşıdurma faciə ilə nəticələnib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş verən toqquşmada mülki vətəndaşlara məxsus bir evə 2 haubitsa mərmisinin düşdüyünü deyib.

Fəryab vilayətinin polis rəisi, general Dilavər Şah hadisədə aralarında uşaq və qadınların olduğu 13 nəfərin həlak olduğunu, 3 nəfərin də yaralandığını bildirib.

Rəis atəşin hansı tərəfdən açıldığının bildinmədiyini söyləyib.

Hadisənin araşdırılması üçün rayona heyət göndərilib.