Evə silahlı basqın etdi, məhkəmə dəlixanaya göndərdi

eve-silahli-basqin-etdi-mehkeme-delixanaya-gonderdi
Oxunma sayı: 653

Gün.Az-ın məlumatına görə, məhkəmə Razim Hacıyevin cinayəti anlaqsız vəziyyətdə törətməsi qənaətinə gəlib və onun barəsində tibbi xarakterli məcburi tədbir tətbiq olunmaqla ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə edilməsi barədə qərar elan edib.

Razim Hacıyev 2009-cu il dekabrın 7-də Teymur Abduləzizovu tapança ilə hədələyərək əl-qolunu bağlayıb, evdən 7.000 manat, 4.000 dollar pul və qızıl əşyaları aparıb.

Barəsində axtarış elan olunan Razim Hacıyev Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri axtarış tədbirləri nəticəsində hadisədən bir il sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxalanıb.