“Evə yorğun gəlir, onu nəyə qısqanım?”

eve-yorgun-gelir-onu-neye-qisqanim
Oxunma sayı: 652

ARB Ulduz-un "Şou məkan" verilişinin budəfəki qonağı Emma (Elmira) Ələkbərzadə olub.

"Qafqazinfo" xəbər verir ki, istirahətdə olsa belə övladı üçün tez geri qayıdan müğənni, Bodrum səfərindən doymadığını etiraf edib:

"Mən istirahətimi etdim, ancaq yenə etməliyəm. Çünki bir həftə mənim üçün azdır. İstirahətimiz çox gözəl keçdi. İki bacı bir yerdə istirahətin dadını çıxardıq. Çox darıxırdıq. Çünki oğlum David Bakıda qalmışdı. Bibim qızı bütün günü şəkillərini göndərirdi".

O, övladını istirahətə aparmamasının səbəbini də gizlətməyib:

"Davidi aparsam, gərək mən özümlə dayə aparam. Hesab elədik ki, David hələ balacadır, onun iki yaşı var. Ümumiyyətlə, deyirlər üç yaşına qədər gərək uşağı təyyarəyə mindirməyəsən. Mən hər dəfə 11 saat Amerikaya uçanda körpə uşaqlar 11 saat ağlayırdı. Qoy böyüsün hər şeyi başa düşsün, aparacam".

Emma həyat yoldaşını qısqanmamasından da söz açıb:

"Bu insan yorğun-arğın vəziyyətdə evə gəlir. Mən onu nəyə qısqanım. Hazırladığı ləziz yeməkləri insanlar bəyənir. Mən niyə qısaqanım. Mən bilirəm o, öz zəhmətilə çalışır, evə qayıdır".