Everestçilər Moskvada bir araya gəlirlər

everestciler-moskvada-bir-araya-gelirler
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə,Tədbir təşkilatçıları MDB ölkələrinin alpinizm federasiyaları arasında yalnız nümayəndələri planetin ən yüksək zirvəsinə qalxmış federasiyalara dəvətnamə göndərib.

Tədbir sovet və Rusiya alpinizminin yubileyi – Everestə ilk sovet Himalay ekspedisiyasının 30 illiyi və Everestə ilk rus ekspedisiyasının 20-ci ildönümü münasibətilə keçirilir.

Qurultayda Azərbaycan, Belarus, Ukrayna, Rusiya, Latviya, Gürcüstan, Litva, Moldova, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ən titullu alpinistləri, sovet alpinizminin əfsanələri, həmçinin fəxri qonaq kimi UİAA-nın yeni prezidenti Fritz Vridclandt iştirak edəcək.

Beynəlxalq görüşün proqramına dağadırmanma haqqında kino və videoxronika, “1907-1953-cü illərdə Everestin fəth olunma tarixi” adlı slayd-şou, foto-sərgi, İdman Muzeyindən unikal eksponatların nümayişi, “Everest Fatehi” nişanının təqdim olunması daxildir.

Beynəlxalq əhəmiyyətli tədbirdə ölkəmizi Azərbaycan Alpinizm Federasiyasının prezidenti, bugünkü gündə Everesti fəth etmiş yeganə azərbaycanlı İsrafil Aşurlı təmsil edəcək.