Evi yandı, oğlu öldü - Fotolar

evi-yandi-oglu-oldu
Oxunma sayı: 2133

Göyçayda ev yanıb. 

"Qafqazinfo" xəbər verir ki, hadisə gecə saatlarında rayonun Xəqani küçəsində baş verib.

Rayon sakini Bahadur Niftəliyevə məxsus ümumi sahəsi 200 kvadratmetr olan mənzildə baş verən yanğın qısa zamanda alovlanaraq geniş ərazini əhatə edib. Yanğının söndürülməsi üçün FHN-in texnika və canlı qüvvəsi əraziyə cəlb edilib.

İlkin araşdırma zamanı məlum olub ki, ev sahibinin oğlu, 43 yaşlı Niftəliyev Bəxtiyar Bahadur oğlu yanaraq ölüb. Onun həyat yoldaşı Rəfiqə Niftəliyeva yanıq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu